Məzmuna keç

Gürcüstan Prezidenti Ərdoğana başsağlığı verdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bu barədə Mixail Kavelaşvili "X" hesabında paylaşım edib.

O, dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib: "Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik".