Məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər davam etdirilir.
Ədliyyə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılıb və son günlərdə daha 60-a yaxın məhkum vaxtından əvvəl azad olunub.
