Məzmuna keç

Yaponiyada əhalinin sayı azalır –

Yaponiya əhali böhranı ilə mübarizə üçün yeni strategiya mərkəzi yaradıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Takaiçi Sanae bildiirb.

O, ölkənin ən böyük probleminin əhali sayının azalması olduğunu deyib və böhranla mübarizəyə yönəlmiş yeni bir təşkilatın – "Əhali Strategiyası Mərkəzi"nin yaradıldığını elan edib.

Bu mərkəzi böhran əleyhinə tədbirləri hərtərəfli təşviq etmək üçün yaratdıqlarını qeyd edən Takaiçi, mərkəzin konkret siyasətləri vasitəsilə hər bir vətəndaşın seçdiyi bölgədə yaşaya biləcəyi bir cəmiyyət yaratmağı hədəflədiklərini qeyd edib.

Qeyd edək ki, doğum nisbətlərinin azalması və yaşlı əhalinin artması Yaponiyanın milli səhiyyə sisteminin inkişafına, doğum nisbətlərinin artmasına və regional inkişafa çətinliklər yaradır. 2023-cü ildə o vaxtkı Baş nazir Kişida Fumio ölkə miqyasında doğum nisbətlərinin azalması səbəbindən Yaponiyanın sosial funksiyalarını itirmək ərəfəsində olduğunu bildirmişdi.

Yaponiyanın Əhali və Sosial Təminat Tədqiqatları üzrə Milli İnstitutunun (IPSS) son hesablamalarına görə, 2040-cı ilə qədər 65 yaş və yuxarı insanların ümumi əhalidəki nisbəti 35 faizi keçəcək.

Şəbnəm Mehdizadə