Məzmuna keç

Hindistanda 24 uşaq öskürək siropundan ölüb

Hindistanda öskürək siropunu qəbul edən 24 uşaq ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rəsmilərin məlumatına görə, siropun hazırlanmasında istifadə edilən xam maddə istehsalçılarının müvafiq lsenziyası olmayıb.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, sözügedən "Coldrif" siropu "Sresan Pharmaceutical Manufacturer" şirkəti tərəfindən istehsal olunur.

Humay Eminqızı