22.10.2026
Türkiyədə 100 mindən çox saxta spirtli içki ələ keçirildi
Dünya

Türkiyədə 100 mindən çox saxta spirtli içki ələ keçirildi

Dek 4, 2025

Türkiyənin Muğla şəhərində saxta spirt istehlakı nəticəsində yaranan ölüm hallarının qarşısının alınması üçün növbəti əməliyyat həyata keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Marmaris rayonunda yerləşən otelin anbarında keçirilən əməliyyat zamanı 104 min 212 şüşə spirt ələ keçirilib.

Əməliyyat zamanı şübhəli bilinən 1 nəfər saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə