Şəmkirdə mikroavtobus kanala aşdı, 12 nəfər xəsarət aldı - YENİLƏNİB


  • 4 Dekabr 2025 10:05

Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

***

İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər