Məzmuna keç

Ədirnədə 20 qanunsuz miqrant yaxalanıb

Türkiyənin Ədirnə şəhərində mikroavtobusda 20 qanunsuz miqrant yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əfqan əsilli olan miqrantlardan 7-nin azyaşlı olduğu bildirilib.

Miqrantlar xəstəxanada tibbi müayinədən keçirildikdən sonra miqrasiya idarəsinə təhvil verilib.

Qanunsuz miqrasiya təşkil etmək ittihamı ilə iki şübhəli saxlanılıb.

Şəbnəm Mehdizadə