Məzmuna keç

Mərkəzi Bank tenderinin qalibini açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) şifrələrin idarəetmə sisteminin dəstəklənməsi ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "JET İnformasiya Sistemləri" MC olub.

Qalib şirkətə 44.136 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə