22.10.2026
Gömrük Komitəsinin məntəqə sədri həbs edildi
Hüquq-mühafizə orqanları

Gömrük Komitəsinin məntəqə sədri həbs edildi

Dek 11, 2025

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib.

E-huquq.az xəbər verir ki, Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi çərcivəsində saxlanılıb.

Faktı Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər və bildirilib ki, cinayət işi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubov oğludur.