Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul etdi - FOTO


  • 14:37

Oktyabrın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl inzibati binada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Oxşar xəbərlər