Məzmuna keç

Zəncirvari yol qəzasında 12 nəfər xəsarət aldı

Türkiyənin Sakarya şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sakaryanın Arifiye rayonunda 6 nəqliyyat vasitəsinin toqquşduğu yol qəzasında 12 nəfər yaralanıb.

Hadisə yerinə tibb qrupları, xilasedicilər, jandarma və polis əməkdaşları cəlb edilib.

Qəzada yaralanan 12 nəfər xəstəxanalara aparılıb.

Qəzanın səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə