Türkiyənin Hatay şəhərində 4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, episentri Hatayın Hassa rayonunda olan zəlzələ yerli vaxtla səhər saat 04:15-də qeydə alınıb.
Təkanlar yerin 7,41 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ ətraf rayonlarda da hiss olunub.
İlkin məlumatlara görə, dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə
