Türkiyənin Bitlis vilayətində yağan güclü qar bəzi fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bitlisin Güroymak rayonunda səhər saatlarından başlayan qar gün boyu davam edib.
Nəticədə yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.
Kəskin hava şəraiti ilə əlaqəli olaraq orta məktəblərdə dərslər ləğv edilib.
Şəbnəm Mehdizadə
