Məzmuna keç

İstanbulda güclü yanğın partlayışa səbəb olub

Türkiyənin İstabul şəhərində binada yanğın hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Ümraniye səmtində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində dəftərxana ləvazimatı və hədiyyəlik əşyalar satılan mağazada naməlum səbəbdən yanğın başlayıb.

Yanğın partlayışlara səbəb olub və alov sürətlə yayılaraq binanın bütün tərəfini bürüyüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, tibb və polis qrupları göndərilib.

Yanğın zamanı xəsarət alan olmasa da, söndürmə işləri zamanı bir yanğınsöndürən tüstüdən zərər çəkib.

Hadisə yerində tibb işçiləri yanğınsöndürənlərə tibbi yardım göstərib.

Qruplar tərəfindən nəzarət altına alınan yanğın söndürülüb.

Daha sonra yanğınsöndürənlər iş yerində soyutma işləri aparıblar.

Şəbnəm Mehdizadə