Məzmuna keç

Qazaxıstan 2030-cu ilə qədər öz daşıyıcı raketini hazırlamağı planlaşdırır

Qazaxıstan alimləri 2030-cu ilə qədər ultrayüngül reaktiv daşıyıcı aparat hazırlamaq niyyətindədirlər.

E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.

“Bizim öz Qazaxıstan istehsalı olan layihəmiz ultra yüngül sinifli raket-daşıyıcıdır və bu proqram 2030-cu ilə qədər nəzərdə tutulub. Biz bu proqramı mərhələli şəkildə inkişaf etdiririk ki, kosmosa müstəqil çıxış üçün öz raket-daşıyıcımızı yaradaq. Bu isə artıq kosmik dövlət olmağın əlamətləridir”, – Madiyev bildirib.

Nazirin sözlərinə görə, respublikanın əvvəllər planlaşdırdığı ilk meteoroloji raketin sınağı ultrayüngül daşıyıcı aparatının inkişafının mərhələlərindən biri olacaq.

Humay Eminqızı