Məzmuna keç

Meksikada sərnişin qatarı relsdən çıxdı –

Meksikanın Oaxaca əyalətində sərnişin qatarı relsdən çıxıb.

E-huquq.az xəbər verir ki, bu barədə Meksikada Hərbi Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Nizanda qəsəbəsi yaxınlığındakı döngədə baş verib.

Qatarda 241 sərnişin və 9 heyət üzvü olub.

Onlardan 13-ü həyatını itirib, 98 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.

Humay Eminqızı