Məzmuna keç

ABŞ-da Venesueladakı hərbi əməliyyatlara qarşı etirazlar keçiriləcək

ABŞ-ın bir neçə şəhərində yanvarın 3-də Venesuelada hərbi əməliyyatlara qarşı etirazlar keçirilməsi planlaşdırılır.

E-huquq.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

"Biz küçələrə çıxıb başqa bir sonsuz müharibəyə yox deməliyik! Bu ölkənin xalqı başqa bir müharibə istəmir", – CNN “Answer Coalition” qrupundan sitat gətirib.

Nümayişlərin Nyu-Yorkun Tayms meydanında, Vaşinqtonda Ağ Evin qarşısında, Çikaqo və digər şəhərlərin mərkəzi meydanlarında keçirilməsi planlaşdırılır.