Məzmuna keç

Ali Məhkəmə Venesuelanın idarəçiliyini vitse-prezidentə həvalə etdi

Venesuelanın Ali Məhkəməsi ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə həvalə edib.

E-huquq.az xəbər verir ki, qərara görə, vitse-prezident idarəetmənin davamlılığı və ölkənin müdafiəsi üçün bütün səlahiyyətlərə malikdir.

Lakin qərarda prezident Nikolas Maduronun ümumiyyətlə hakimiyyətdən getməsi barədə fikir yer almır.