Məzmuna keç

İndoneziyada daşqınlar nəticəsində 16 nəfər ölüb

İndoneziyanın Şimali Sulavesi əyalətində yağan güclü yağışlar 16 nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, günlərdir davam edən musson yağışları ciddi fəsadlar törədib.

Rəsmilər itkin düşən 3 nəfərin axtarışlarının davam etdiyini bildirib.

Təbii fəlakət zamanı 7 ev daşqınlar altında qalıb, 140 evə ziyan dəydiyini, 680-dən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

Sakinlərə yağıntıların davam edəcəyi, daşqın və sürüşmə riski barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə