Məzmuna keç

Türkiyədə qarlı havaya görə məktəblər bağlandı

Türkiyədə qarlı hava şəraiti davam edir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ölkənin bir sıra vilayətlərində yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.

Güclü qara görə Tunceli, Hakkari, Muş, Malatya, Elazığ və Bingöl vilayətlərində tədris prosesinə bir günlük fasilə verilib.

Məlumata görə, hamilə və 10 yaşınadək uşağı olan qadınlara, eləcə də fiziki məhdudiyyətli şəxslərə 1 günlük icazə verilib.

Şəbnəm Mehdizadə