Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.
Milli Məclisin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 2017-ci il fevralın 13-dən Parlament Aparatının adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.
“KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”, – deyə məlumatda qeyd edilir.
