Məzmuna keç

Türkiyənin 9 vilayəti üçün qarlı hava ilə bağlı sarı xəbərdarlıq verilib

Türkiyənin 9 vilayəti üçün şaxtalı və qarlı hava ilə bağlı sarı xəbərdarlıq verilib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, Kocaeli, Sakarya, Bursa, Kütahya, Afyonkarahisar, Kütahya, İstanbul, Mersin və Bilecik vilayətlərində yağış və qar yağacağı gözlənilir. Digər rayonlarda havanın dəyişkən buludlu olacağı gözlənilir.

Şərqi Qara dəniz bölgəsində və Şərqi Anadoluda qar örtüyünün yüksək olduğu maili ərazilərdə uçqun riski var.

Şəbnəm Mehdizadə