Məzmuna keç

Putin sabah BƏƏ prezidenti ilə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin sabah Rusiyada işgüzar səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Liderlər ölkələr arasında əməkdaşlıq və Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəklər.

Humay Eminqızı