Məzmuna keç

Pakistan və Banqladeş arasında birbaşa uçuşlar 14 illik fasilədən sonra bərpa edilib

Pakistan və Banqladeş arasında birbaşa uçuşlar 14 illik fasilədən sonra bərpa edilib.

E-huquq.az Dawn qəzetinə istinadən xəbər verir ki, Biman Banqladeş Hava Yollarına məxsus BG-341 reysi yerli vaxtla saat 20:00-da Banqladeşin paytaxtı Dəkkə şəhərindəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanından yola düşüb.

Uçuş yerli vaxtla saat 23:00-da Pakistanın Kəraçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına çatıb və bu, Banqladeş və Pakistan arasında 14 ildən sonra ilk birbaşa uçuş oldu.

Ümumilikdə 150 ​​nəfərin olduğu təyyarədə Pakistan və Banqladeş rəsmiləri iştirak edib.

Biman Banqladeş Hava Yolları da öz növbəsində Kəraçi-Dəkkə marşrutu üzrə geri uçuş həyata keçirəcək.

Qeyd edək ki, Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Vazedin dövründə iki ölkə arasında birbaşa uçuşlar “təhlükəsizlik” səbəbi ilə dayandırılıb.

Şəbnəm Mehdizadə