Məzmuna keç

Tailandda fil hücumuna məruz qalan turist ölüb

Tailandın Khao Yai Milli Parkında turist filin hücumu nəticəsində ölüb.

E-huquq.az "Bangkok Post"a istinadən xəbər verir ki, səhər saat 5:30 radələrində parkın düşərgəsində gəzən 69 yaşlı turist çadırının yaxınlığında fillə qarşılaşıb.

Hadisə şahidlərinin sözlərinə görə, meşə sərhədindən kənarda gəzən fil kişini yerə yıxıb və tapdalayıb.

Düşərgədə olan digər turistlər təhlükəsizlik baxımından hadisəyə müdaxilə etməyiblər.

Turist çadırından təxminən 20 metr aralıda hadisə yerində ölüb.

Polis qrupları fili hadisə yerindən uzaqlaşdırıb.

Həkim qrupları turistin ayaqlarında sınıq və bədəninin müxtəlif yerlərində ağır xəsarətlər olduğunu müəyyən edib.

Şəbnəm Mehdizadə