Məzmuna keç

Azərbaycanda iş yerlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycanda pandemiya dövründə strukturlar və xidmət sahələrinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.