Məzmuna keç

39 minə yaxın hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

Son 24 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə e-huquq.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38 766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.