İnterpol daha bir azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.
E-huquq.az-ın məlumatına görə, 1979-cu ildə Şirvan şəhərində anadan olmuş Elnur Abbasov qəsdən adam öldürməkdə ittiham edilib.
Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.
Məhkəmə istintaq orqanının təqdimatı ilə E.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib.
İnterpol məhkəmə qərarına əsasən E.Abbasovu beynəlxalq axtarışa verib.
