Məzmuna keç

Pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyanın məbləği açıqlandı

"Əlavə dəstək tədbirlərinə ehtiyac olduğu təqdirdə bu barədə müvafiq təhlillər həyata keçiriləcək".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub: "Bu rəqəmləri tam dəqiq hesablamaq çətindir. Gündəlik itkilərin məbləği 120-150 milyon manatdır".