"Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sahəsində ən qabaqcıl qurumlardan biridir".
E-huquq.az xəbər verir ki, bunu Bakıda Dünya Bankının təşkilatçılığı ilə "Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda keçirilən forumda çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sahəsində ən qabaqcıl qurumlardan biridir: "Ədliyyə sistemində tətbiq olunan müasir informasiya texnologiyaları hər bir qurum üçün vacibdir. Bu gün Azərbaycan ədliyyəsində ən müasir texnologiyalar tətbiq edilir. Azərbaycan ədliyyəsində ən müasir informasiya texnologiyalarının tətbiqi digər ölkələrin də diqqətindədir və müsbət qarşılanır".
