Məzmuna keç

Gültəkin Hacıbəyli DTX-da ifadə verdikdən sonra sərbəst buraxıldı –

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində ifadə verib.

E-huquq.az-ın xəbərinə görə, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.

***

18:51

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.

Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.

O, ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.