ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarının həyata keçirilməsi üçün azı 265 milyon dollar vəsait ayrılmasını tövsiyə edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Senatının rəsmi saytında dərc olunan 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat sənədində məlumat verilib.
Sənəddə bildirilir ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionundakı ada dövlətlərində adi silahların məhv edilməsi, minalardan təmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan (PHS) zərərsizləşdirilməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını məqsədəuyğun hesab edib.
