Məzmuna keç

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

E-huquq.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, – səfirlik qeyd edib.