Türkiyənin Sivas vilayətində işçiləri daşıyan avtobusla yüngül ticari avtomobilin toqquşması nəticəsində 16 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və işçi avtobusunda olan sərnişinlər xəsarət alıblar. Ümumilikdə 16 nəfər xəstəxanaya çatdırılıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
