Məzmuna keç

Qaradağda avtomobildən 11 kilo civə aşkarlanıb – RƏSMİ

Qaradağda avtomobildən 11 kilo civə aşkarlanıb – RƏSMİ

Bakının Qaradağ rayonunda əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.