Rusiya məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısını öldürməkdə şübhəli bilinən iki erməni barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
E-huquq.az “TASS” agentliyinə istinadən xəbər verir ki, ilk tutulan Narek Stepanyan olub.
Onun barəsində xuliqanlıq, əvvəlcədən razılıq əsasında bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
Rusiyalı xüsusi təyinatlı Nikita Belyankini öldürməkdə şübhəli bilindiyi üçün saxlanılmış ikinci şəxs Sergey Xocayanın işi ilə əlaqədar Krasnoqorsk şəhər məhkəməsində dinləmələr aparılır. Dinləmələr zamanı S.Xocayan ona qarşı elan olunmuş ittihamı qəbul etmədiyini, belə işlərdən uzaq olduğunu, həmin şəxsə köməyə getdiyini söyləyib.
