Məzmuna keç

Karantin rejiminin uzadılması ilə bağlı növbəti rəsmi açıqlama

"Ötən iki həftə ərzində koronavirusa yoluxma sayı azalsa da, yumşalma dövründə bir az artım oldu. İki zidd tendensiya müşahidə edildi".

E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altındadır:

"Karantin rejimi martın 31-nə qədər uzadıldı və bəzi ərazilərdə də yumşaldılmasına qərarı verildi. Yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxma yavaş sürətlə həyata keçiriləcək. Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq".