Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb.
Bu barədə e-huquq.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, məhz polis əməkdaşlarının səyi nəticəsində itkin düşən Zəhra tapılıb.
Onun sözlərinə görə, hazırda polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılır və ictimaiyyətə yaxın vaxtlarda geniş məlumat veriləcək.
***12:38
Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.
Bu barədə e-huquq.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən məlumat verilib.
Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, 2 gün əvvəl Z.Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.
