Məzmuna keç

“Ədliyyə Nazirliyi pandemiyanın ilk günündən sübut etdi ki, kritik vəziyyətlərə hazır olan dövlət qurumudur” –

"Ədliyyə Nazirliyi pandemiyanın ilk günündən sübut etdi ki, kritik vəziyyətlərə hazır olan dövlət qurumudur. Təcridxanalarda və cəzaçəkmə müəssisələrində görülən karantin tədbirləri, keçirilən onlayn məhkəmə iclasları və sair tədbirlər bunun bariz nümunəsidir".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü, vəkil Alov Səfərəliyev deyib.

Onun sözlərinə görə, elektron məhkəmə Ədliyyə Nazirliyinin illərdir üzərində işlədiyi və bu gün də əlimizdən tutan müasir texnologiyadır, həyat tərzidir. A. Səfərəliyev qeyd edib ki, Ədliyyə Nazirliyinin Vəkillər Kollegiyası ilə də hər sahədə, hər səviyyədə əməkdaşlığı təqdirəlayiqdir: "Bütün ictimaiyyət üçün açıq olan, peşəkar əməkdaşları ilə dövlətimizin inkişafına böyük töhfələr verən bu nazirliyin bütün kollektivi başda hörmətli nazir, Fikrət müəllim Məmmədov olmaqla hər cür tərifə və təqdirəlayiqdir! Bütün bu inkişafı, yenilikləri mütəmadi ictimaiyyətə çatdıran, səmimiliyi və əlçatımlılığı ilə dövlət qurumu stereotipini "yerdən-yerə vuran" Aynur Sabitova xanıma xüsusi təşəkkürlər!"