Məzmuna keç

Gəncədə həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Gəncədə həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Gəncənin Zülfi Hacıyev küçəsində baş verib. Salyan sakini, 33 yaşlı Zaur Orucov həyat yoldaşı, 24 yaşlı Nuranə Quliyevanın yataq otağının pəncərəsindən içəri daxil olub. Zaur Orucov qadının ondan boşanmaq istəməsi səbəbindən üzərində gətirdiyi bıçaqla ona 8 zərbə vurub. Nuranə Quliyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zaur Orucov saxlanıb.

Xəyalə Bünyatova