Məzmuna keç

Cozef Aun: “İsraillə alçaldıcı razılaşmanı qəbul etməyəcəyik”

İsraillə danışıqlara başlamaq qərarı Livanı xilas etmək və atəşkəsə nail olmaq məqsədi daşıyır.

E-huquq.az xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun məlumat verib.

“Biz İsraillə müharibə vəziyyətinə son qoymağa və 1949-cu ildə əldə olunmuş razılaşmaya bənzər bir atəşkəs sazişi bağlamağa çalışırıq”, – deyə prezident bildirib.

O hesab edir ki, Livan hakimiyyətinin qərarı təslim olmaq və ya xəyanət deyil: "Prezident kimi mən bu addıma görə məsuliyyət daşıyıram və İsraillə alçaldıcı razılaşmanı qəbul etməyəcəyik”.

Humay Eminqızı