Məzmuna keç

Putin Konqo Respublikasının prezidenti ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olacaq Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə danışıqlar aparacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar aprelin 29-da baş tutacaq.

“Müxtəlif sahələrdə Rusiya-Konqo dostluq münasibətlərinin gələcək inkişafına dair geniş məsələlərin müzakirəsi, həmçinin beynəlxalq və regional gündəmdə olan aktual mövzular üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır”, – məlumatda bildirilib.

Humay Eminqızı