Məzmuna keç

Zəncirvari yol qəzasında 8 nəfər xəsarət aldı

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Pursaklar rayonunda 3 minik avtomobili və bir pikapın toqquşuduğu zəncirvari yol qəzasında 8 nəfər xəsarət alıb.
Yaralılar təcili yardımla Pursaklar Dövlət Xəstəxanasına və Etlik Şəhər Xəstəxanasına aparılıb.

Sürücülərin vəziyyətinin ağır olduğu bildirilib.

Bir müdsət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə