Məzmuna keç

Türkiyədə 7 FETÖ üzvü barədə həbs qərarı çıxarılıb

Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 7 FETÖ terrorçusu barədə həbs qərarı çıxarılıb.

Şübhəlilər 2014-cü il Hərbi Liseylərə Qəbul İmtahanı zamanı qanunsuzluqlara yol verməkdə ittiham edilir.

Şübhəlilərin tutulması üçün 4 vilayətdə tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə