Məzmuna keç

Nazir: “Universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur” –

"Azərbaycanda təhsil alan 176 min tələbənin 75 faizi onlayn tədrisə qoşulub".

E-huquq.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 40 minə yaxın tələbə istehsal təcrübəsi mərhələsindədir və bu səbəbdən onlayn dərslərə qoşula bilməyib.

C.Bayramov qeyd edib ki, universitetlərdə bu tədris ilinin uzadılması nəzərdə tutulmur: "Hərbi çağırış dövrü nəzərə alınanaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyası iyun – iyul aylarında keçirilməsi planlaşdırılır".

***

17:13

"2019-2020-ci tədris ilinin sonu üçün şagirdlərin biliyinin qiymətləndirməsi prosesinin keçirilməsi nəzərdə tutulmayıb".

E-huquq.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, yeni tədris ilinin birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və sinifdən sinfə keçirilməsi məsələsinə baxılacaq.

***

17:00

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir.

E-huquq.az-ın məlumatına görə, brifinqdə koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil sahəsində dövlət tərəfindən verilən qərarlardan, Təhsil Nazirliyi tərəfindən atılan addımlardan, həyata keçirilən layihələrdən danışılır.