Məzmuna keç

Elm və Təhsil Nazirliyi 488 min manatlıq sifariş verdi

Elm və Təhsil Nazirliyinin məktəbəhazırlıq səviyyəsi üzrə dərsliklərin istehsalı ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "MAX Ofset" MMC olub.

Məlumata görə, qalib şirkətə 488.500 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə