Məzmuna keç

Ceyhun Bayramov: “Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır”

Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır. İki ölkənin münasibətləri hər zaman qarşılıqlı hörmət, beynəlxalq hüquq, dövlətlərimizin maraqlarının nəzərə alınması əsasında formalaşıb.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, mövcud dövrdə iki ölkə arasında ali və yüksək səviyyədə təmaslar yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının səfərləri çərçivəsində çox mühüm sənədlər imzalanıb.

“Biz Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı kontekstində münasibətlərin inkişafı, Cənubi Qafqazda olan vəziyyətə dair fikir mübadiləsi aparmışıq. O cümlədən, xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur”, – deyə Ceyhun Bayramov bildirib.