Məzmuna keç

ABŞ Qərbdə dominantlığını qorumaq niyyətindədir

ABŞ Qərb yarımkürəsində öz dominantlığını təmin etmək niyyətindədir və ona qarşı heç bir çağırışa dözməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

ABŞ lideri Konnektikut ştatının Qroton şəhərində yerləşən Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib:

"Sizin köməyinizlə milli təhlükəsizliyimizin ən uzunmüddətli prinsiplərindən birini bərpa edirik. Qərb yarımkürəsində Amerikanın dominantlığına təhdid edilməsinə heç bir halda (heç kəsin – Qeyd) icazə verilməyəcək".