Məzmuna keç

Faktiki hava açıqlandı –

Mayın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

E-huquq.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 21-i saat 18:00-a olan məlumatına əsasən, saat 15:30-15:35 radələrində Şəki rayonunun Şin kəndi və Aşağı Layısqı kəndlərində diametri 15-20 mm, saat 16:15-16:30 radələrində Qusar rayonunun Laza kəndinə diametri 10-12 mm, saat 16:20-16:30 radələrində isə Balakən rayonunun Qazbölük kəndinə diametri 10-12 mm dolu düşüb.

***

16:49

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıq, Tovuz arabir şimşək çaxır, yağış yağır.

Saat 11:41-11:46 radələrində Gədəbəy rayonuna diametri 11 mm olan, saat 15:37-15:39 radələrində Şəki şəhərinə diametri 10-12 mm, saat 16:04-16:10 radələrində isə Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 mm olan dolu düşüb.