Məzmuna keç

ABŞ “Hizbullah”la bağlı 10 milyon dollar mükafat elan edib

ABŞ Livanın "Hizbullah" hərəkatının maliyyə kanallarının aşkar edilməsi və bloklanmasına kömək edəcək məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.

E-huquq.az xəbər verir ki, müvafiq açıqlama Dövlət Departamentinin saytında yerləşdirilib.

Dövlət Departamentindən bildirilib ki, ABŞ-nin Livandakı əsas məqsədi "Hizbullah" silahlı qruplaşmalarının tam tərksilah edilməsidir.

Humay Eminqızı